Portal:Videooyunlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Redaktə 
XOŞ GƏLMİSİNİZ!
Legend of GrimrockStratagusSolitaireS. T. A. L. K. E. R.- Call of Pripyat

Videooyun və ya kompüter oyunutelevizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur.

Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də noutbukstolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir

Videooyunlar üçün istifadə edilən giriş cihazikontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumi��lək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur. 2000-ci illərdə satışa çıxarılan bəzi videooyunlarda lamisə, vibrasiya effektləri və virtual reallıq kaskaları var idi.

2010-cu illərdə videooyunların kommersial əhəmiyyəti gün getdikcə artır. İnkişaf edən Asiyasmartfonlardakı mobil oyunlar bazarı sənayenin mühüm bir parçasına çevriliblər. 2015-ci ildə əldə edilən məlumatlara əsasən, videooyunlar beynəlxalq səviyyədə 74.000.000.000 ABŞ dolları gəlir əldə ediblər və ABŞ əyləncə bazarının üçüncü ən böyük hissəsi olublar.

Yeni bölmələri göstər
Redaktə 
Seçilmiş məqalə

Fallout 4 (azərb. Radioaktiv-yağıntı 4‎) — Bethesda Game Studios tərəfindən hazırlanan, "Bethesda Softworks" tərəfindən nəşr olunan və aksiya rol-pleyinq janrında olan video oyunu. Fallout oyun seriyasındakı 5-ci əsas epizoddur (bütövlükdə 7). Oyun 10 noyabr 2015-ci il tarixində Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün Yaponiyadan başqa hər yerdə satışa çıxarılmışdır. Bunun səbəbi Yaponiyadakı şiddət əleyhdarı olan senzura qanunları idi. "Fallout 4" Yaponiyada 17 dekabr 2015-ci il tarixində satışa çıxarılmışdır. Oyun Boston şəhəri və ətrafını əhatə edən "The Commonwealth" (azərb. Birlik‎, translit. Kommonuelt) adlanan bir regionda keçir. Oyunun əsas hekayəsi "Fallout 3"-dən 10 il və "Böyük müharibə"dən (ing. "The Great War") 210 il sonra, 2287-ci ildə baş verir.

Redaktə 
Seçilmiş şəkil
"Nintendo" şirkətinin Yaponiyanın Kyoto şəhərində yerləşən baş qərargahının binası.
Redaktə 
Seçilmiş personaj
{{{caption}}}

Kirpi Sonik (ソニック・ザ・ヘッジホッグ, Sonikku za Hejjihoggu?, ing. Sonic the Hedgehog) — "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" video oyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – Kirpi Ocilvi Moris (オグルヴィモーリスザヘッジホッグ, Oguruvu Imōrisu za Hejjihoggu?, ing. Ogilvie Maurice the Hedgehog).

Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, Sonik (ソニック, Sonikku?, ing. Sonic); mənası – azərb. Səs sürəti‎) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda pouer-ap halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.

Redaktə 
Bilirsinizmi...
  • ... "Flappy Bird" video oyununun müəllifi video oyunu virtual mağazalardan çəkdikdən sonra video oyunun bəzi azarkeşinin ona ölümlə hədə-qorxu gəldiklərini?
  • "PUBG" video oyununun tam adının "PlayerUnknown's Battlegrounds" olduğunu və ilk dəfə 23 mart 2017-ci il tarixində sadəcə kompüterlər üçün satışa çıxarıldığını?
  • ... personajın adı "Max Payne" olaraq dəyişdirilməzdən əvvəl "Max Heat" adının ticarət nişanına çevrilməsi üçün 20.000 ABŞ dollarından çox pulun xərcləndiyini?
  • ... "Grand Theft Auto: San Andreas" video oyununun PlayStation 2 konsolunda 17.330.000 nüsxə sataraq platformasının ən çox nüsxə satan video oyunu olduğunu və video oyunun ümumilikdə 21.500.000 nüsxə satdığını?
Redaktə 
Seçilmiş məzmun
Redaktə 
Kateqoriyalar
Redaktə 
Vikilayihələr
Redaktə 
Xarici keçidlər
Redaktə 
Əlaqəli portallar
PlayStation Xbox Nintendo Pokemon Sonik Mario
Redaktə 
Vikimedia
Vikisitatda video oyunlar     Vikikitabda video oyunlar     Vikimənbədə video oyunlar     Vikilüğətdə video oyunlar     Vikianbarda video oyunlar
Sitatlar Kitabçalar & Mətnlər Mətnlər İzahlar Şəkillər & Media

Serverin keşini təmizlə