Microsoft SQL Server

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Microsoft SQL ServerVBverilənlərin analizi sahəsində istifadə olunan əlavələr yığımıdır.[1]

  • 1992 — SQL Server 4.2
  • 1993 — SQL Server 4.21, Windows NT
  • 1995 — SQL Server 6.0, SQL95
  • 1996 — SQL Server 6.5, Hydra
  • 1999 — SQL Server 7.0, Sphinx
  • 1999 — SQL Server 7.0 OLAP, Plato
  • 2000 — SQL Server 2000 32-bit, Shiloh
  • 2003 — SQL Server 2000 64-bit, Liberty
  • 2005 — SQL Server 2005, Yukon (версия 9.0)


Microsoft SQL Server 2000-in imkanları

[redaktə | mənbəni redaktə et]

Microsoft SQL Server 2000 serverinə XML dili və HTTP protokolu daxildir. Microsoft SQL Server 2000 Windows 2000 əməliyyat sisteminin bütün imkanlarından isitifadə edir. Verilənlərin idarə edilməsi və analizi baxımından "xam" verilənlərin aktiv tətbiq olunan informasiyaya çevrilməsi və İnternetin imkanlarından tam istifadə edilməsi vacibdir. Microsoft SQL Server 2000 korporativ verilənlər bazası yaradılmasında istifadə olunan əlverişli vasitələrdən sayılır.

Microsoft SQL Server 2000 vasitəsi ilə VB-da axtarış aparmaq və müxtəlif mürəkkəb sorğular yerinə yetirmək imkanları daha da təkmilləşmişdir. Tam mətnli axtarışın yeni funksiyaları istifadəçilərə Microsoft Excel elektron cədvəlləri, Microsoft PowerPoint prezentasiyaları və Microsoft Word sənədləri daxil olmaqla strukturlaşmış, eləcə də strukturlaşmamış sənədlərə müraciətə imkan verir ki, bu da şəbəkə axtarışını daha effektli edir.

SQL Server 2000 serverində analiz vasitələrindən istifadə etməklə uzaq məsafədə işləyən istifadəçilər üçün HTTP protokolundan istifadə edərək OLAP kublarına müraciət etmək olar. OLAP vasitələrindən istifadə etməklə böyük və mürəkkəb verilənlər yığımı üzərində çoxölçülü kublardan istifadə etməklə müxtəlif analizlər aparmaq olar. Qanunauyğunluqların üzə çıxarılması vasitələri böyük həcmli verilənlərdə gizlənmiş struktur və tendensiyaların tapılmasını təmin edir ki, bu da təşkilatlarda olan informasiyaların daha rasional istifadəsinə gətirir. Bu vasitələr proqnozlaşdırmada müvəffəqiyyətlə istifadə oluna bilər. Təhlükəsizlik həm xanalar, həm də ölçülər üzrə nəzərdə tutulur.


Microsoft SQL Server 2000-in proqram-blokları

[redaktə | mənbəni redaktə et]

Microsoft SQL Server 2000 aşağıdakı bloklara malikdir və hər bir blok müəyyən funksiyaları yerinə yetirir:

  • layihələndirilməsi nəzərdə tutulan kubun modelləşməsi üçün Analysis Services və onun əlavəsi — Analysis Manager-in hazırlanması;
  • verilənlər bazasınınverilənlər mənbəyinin qurulması — Microsoft Jet 4.0 OLE DB Provider (Object Linking and Embedding);
  • kubun layihələndirilməsi — Cube Wizard:

— kubun əsas modelinin yaradılması;
- kubun yaradılmasında dizayn ölçülərinin və digər addımların işlənməsi;
- modelin saxlanması;

  • çoxölçülü kubun yaradılması — Dimension Wizard;
  • kub üçün verilənlər xəzinəsinin layihələndirilməsi:
  • kubda olan proseslərin icrası — Cube Browser

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Microsoft SQL Server ilə işləmək üçün xarakterik Tools". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-08.