Metro 2033 (videooyun)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Metro 2033
Hazırlayan 4A Games
Yayımlayanlar Deep Silver[d]
Buraxılış tarixi PK üçün
16 mart 2010.
18 mart 2010


19 mart 2010
25 iyun 2010
Sonuncu versiya
  • 1.2 (iyul 2010)
Sonuncu beta-versiya
  • 1.2 (iyul 2010)
Janrlar birinci şəxs atıcı
Yaş reytinqləri ESRB: M
PEGI: 16+
BBFC: 15
OFLC: MA15+
Ssenarist
Texniki məlumat
Platformalar Microsoft Windows, Xbox 360
Mühərriklər 4A Engine
Oyun rejimləri birnəfərli
İnterfeysin dili rus dili, ingilis dili, fransız dili
Daşıyıcılar DVD
Sistem tələbləri 3+ GHz CPU, İntel Pentium 4, 1GB+ ram, DirectX 9.0+
İdarəetmə Qeympad, Klaviatura və Maus
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Metro 2033 — Rus yazıçısı Dmitri Qluxovskinin Metro 2033 adlı romanından götürülmüş birinci şəxs atıcı tipində həyatda qalma-qorxu videooyunu. Oyun 4A Games tərəfindan Ukraynada təkmilləşdirilib 2010-cu il mart ayında Microsoft WindowsXbox 360 platformaları üçün satışa çıxarılıb.[2] 2006-cı il mart ayında 4A Games oyun üçün Qlukovski ilə tərəfdaşlıq edildiyi bəyan edildi.[3] Oyun 2009-cu ildə Leipzigdə reallaşan Games Convention adlı videooyun təşkilatında[4] rəsmi tanıtım filmi ilə birlikdə[5] təqdim edildi. Oyunun ardıcılı olaraq Metro: Last Light 17 may 2013-cü ildə satışa çıxarıldı..[6] "OyunTərcümə" qrupunun təşəbbüsü ilə oyun Azərbaycan dilində tam tərcümə edilib[7]

Oyunun əsas qəhrəmanı Artyom adlı obrazdır. Hadisələri çoxsu qiyamət sonrası Moskvadakı metro sistemində cərəyan edir. Lakin bəzi tapşırıqlar obrazı yer üzünə də çıxarır.

Birinci şəxs atıcı oyunu olaraq Metro 2033-də oyunçuya döyüşlərdə istifadə etmək üçün kimi həm xəyali həm də həqiqi silah növləri təqdim edilir . Döyüşlərdə ya mutantlara ya da düşmən insanlara qarşı döyüşmək lazımdır. Mutantlar silahsız və insanlara daha çox toplu halında fiziki hücum edir, düşmən insanlar isə oyunçunun sahib olduğu silahlarla hücum edə bilər.

Oyun qiyamət sonrası Rusiyada baş verən və həyatda qalmağı bacaran 20 yaşındakı Artyom (rus:Артём) adlı obrazın yaşadığı hadisələr üzrə reallaşır. Oyun başlanğıcında Artyom, Hunter adında bir əsgərdən metronun Qaranlıq Olanlar olaraq xitab edilən canlı tərəfindən təhdit edildiyini öyrənir. Hunter tək başına tunellərə çıxır və çıxmadan əvvəl Artyoma əgər geri qayıtmasam metronun mərkəzi sayılan Polis adlı stansiya gedib olanları araşdırmağı tapşırır. Hunter qayıtmaz və Artyom metro tunellərində təhlükəli və qaranlıq yola başlayır. Yol boyunca zaman-zaman müxtəlif anomaliyalar səbəbi ilə xəyallar görəcək.[8] Artyom, Sovetlər ve Nasistlər tərəfindan işğala uğramış və mutantlar tərəfindən dağıdılmış bir bölgədən keçmək məcburiyyətindədir. Polisdə olanda ona kömək edə biləcəyini söyləyən Miller adında bir Ranger (hərbi birləşmə) ilə tanış olur. Miller, Qara Dərililəri yox etməyə çatacaq atəş gücünə sahib D6 adlı yer altı mərmi anbarının yerini bilir. Artyom, Miller və digər Rangerlər mərmi pult mərkəzini yenidən fəaliyyətə verərlər və Artyom yaxındakı bir binaya rəhbər lazer sistemi quraşdırar. Lazer sistemi qurulduqdan sonra Artyom, Qara Dərililərin ucbatından bir halisünasiya görür.

4A Engine, S. T. A. L. K. E. R. seriyasıda istifadə edilən X-Ray mühərrikinin müəllifləri və GSC Game World keçmiş işçiləri Oles Şiskovtsov və Aleksandr Maksimçuk adlı proqramçılar tərəfindən S.T.A.L.K.E.R.: Shadow of Chernobyl bazara çıxarılmazdan 1 il əvvəl quruldu.[9] Oyun; Xbox 360, PlayStation 3Microsoft Windowsda çalışan multi-platformalı 4A Engine mühərrikinin istifadə edir. 4A Engine mühərrikində; Nvidia PhysX dəstəyi, əlavə edilmiş beyin və Xbox 360 üçün yazılma təkmilləşdirməsi funksiyası var.[10]

  1. http://metro-game.com/page.php?id=10.
  2. "THQ Unveils First Person-Shooter Metro 2033". THQ. Business Wire. 22 October 2009. 2010-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-09.
  3. "4A Games announces its partnership with Dmitry Glukhovsky". 4A Games. 30 March 2006. 2015-11-07 tarixində orijinalından (Adobe Flash) arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10. 4A Games announces its scenario, and working on its concept as an integral part of the 4A Games team.
  4. "4A Games at Games Convention". 4A Games. 9 August 2009. 2015-11-07 tarixində orijinalından (Adobe Flash) arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10. 4A Games is ready to announce our first project which will appear on Games Convention in Leipzig! During the Exposition we will have an exclusive showcase of our product, codename "Metro 2033. The Last Refuge".
  5. "GC 2006 Trailer". 4A Games. 30 August 2009. 2010-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-09.
  6. Scammell, David. "Metro: Last Light is coming during summer 2012". GamerZines. 2011-08-16. 2011-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-16.
  7. "Metro 2033 Azərbaycan dilində tam versiya". "OyunTərcümə" qrupu-birbaşa keçid ilə yüklə.[ölü keçid]
  8. "Metro 2033". level online. 22 Mart 2010. 2010-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-11.
  9. "S.T.A.L.K.E.R. Team". stalker-game-world.com. 15 fevral 2012. 2016-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-11.
  10. "Metro 2033 Re-Unveiled". 2013-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]