M16

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
M16
avtomat rejimli döyüş silahı
avtomat rejimli döyüş silahı
Tipi Avtomat
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1961-Davam edir
İstismara başlanması 1962
İstifadə edilən döyüşlər Vyetnam müharibəsindən sonra ABŞ-nin iştirak etdiyi bütün müharibələrdə
İstehsal tarixçəsi
Konstruktor Yucin Strouner,
Robert Fremont
Ceyms Sallivan
Konstruksiya tarixi 1960
İstehsalçı Colt’s Patent Firearms Manufacturing Company
GMC Hidramatic Div
Harrington & Richardson
Variantları M16A1, M16A2, M16A3/A4, M4, CAR-15
Xüsusiyyətləri
Ağırlığı 2,88 kq (boş sandıqla)
Uzunluğu 986 mm (taxta qundaqla)
Kalibr 5,56
Mərminin başlanğıc sürəti 700-900/dəqiqə (M16A2), 700-950/dəqiqə (M16A4)
Nişangah Dioptrik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

M16 (Rəsmi adı: Rifle, Caliber 5.56 mm, M16) — ABŞ istehsalı olan, avtomat rejimli döyüş silahı. AR-10 tüfəngi bazasında 1960-cı ildə yaradılmışdır.

M16 AK-47 kimi dünyada ən çox yayılmış döyüş silahlarından biridir. 8 milyon ədəd istehsal olunmuşdur. ABŞ Quru Qoşunlarının əsas silahıdır.

İstehsal tarixi

[redaktə | mənbəni redaktə et]

ABŞ Müdafiə Nazirliyinin 1940–1950-ci illərdə keçirdiyi yoxlamadan sonra qərar qəbul edildi ki, Silahlı qüvvələr 7,62 mm kalibrli silahdan 5,56 mm kalibrli silaha keçsinlər. AR-10 tüfənginin bazasında yeni silahın yaradılmasına Armalite Division of the Fairchild Aircraft Corp şirkəti başlayır. 1959-cu ildə bu şirkət AR-15 silahının istehsal hüququnu Colt’s Patent Firearms Manufacturing Company şirkətinə satır. Şirkət yeni silahı HindistanMalayziyaya satmağı planlaşdıraraq konstruksiya işlərinə başlayır.

1961-ci ildə ABŞ 8500 ədəd AR-15 silahını alır və yoxlamaq üçün Vyetnamdakı Hərbi Desant Qüvvələrini bu silahla silahlandırır. Yoxlama uğurla bitdikdən sonra 1962-ci ilin may ayında ABŞ daha 20000 ədəd AR-15 alır və onları artıq Hərbi Hava Qüvvələrinə və SEAL hərbi bölməsinin istifadəsinə verir. 1963-cü ildə Colt şirkəti ilə 104000 silahın alınması üçün müqavilə imzalanır.

1964-cü ildə M16 avtomatik tüfəngi M14 avtomatlarını əvəz edərək rəsmi şəkildə ABŞ Silahlı Qüvvələrinin istifadəsinə verilir. 1966-cı ildə M16 ilə ABŞ-nin Vyetnamdakı bütün hərbi bölmələri silahlanır. 28 fevral 1967-ci ildə Silahlanmaya M16-nın inkişaf etdirilmiş variantı olan M16A1 qəbul olunur.

1968-ci ildə ABŞ-də ARSAP proqramı qəbul olunur. Proqrama əsasən bir sıra yeni prespektivli silahlar yaranmalı idi. Buna uyğun olaraq "Colt" şirkəti silahların bir sıra yeni variantlarını yaradır.

İlk istifadəsi

[redaktə | mənbəni redaktə et]

M16 ilk dəfə İndoneziya-Malayziya konfliktində Britaniya ordsunun xüsusi bölmələri tərəfindən istifadə olunurdu, amma bu silah məşhurluğu Vyetnam müharibəsində qazandı. M16-nı ABŞCənubi Vyetnam hərbi bölmələri istifadə edirdi.

  • M16 — silahın ilk modeli. Silahlanmadan çıxarılandan sonra istehsalçı "Colt" şirkəti istehsalı davam etdirdi, amma artıq ordu üçün deyil, vətəndaşlar və polislər üçün.
  • M16A1 — M16-nın inkişaf etdirilmiş variantı. Bu avtomat üçün 30 gülləli sandıq və səs boğucu yaradılmışdır. 1967–1985-ci illərdə ABŞ ordusunda istifadə olunmuşdur.
  • M16A2 — M16A1 avtomatının variantı. SS109/M855 gilizinə adaptasiya olunmuşdur, yeni silah yüngül plastik sandıqla istifadə olunurdu.
  • M16A3 — M16A2-nin variantı. Fasiləsiz atəş rejimli bu silah ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən istifadə edilir.
  • M16A4 — M16A2-nin variantı.
  • M4 — M16A2-nin qısaldılmış variantı.
  • M4A1 — M4-ün fasiləsiz atəş rejimli variantı.

Xarici varinatlar

[redaktə | mənbəni redaktə et]
  • Diemaco C7/C8 — M16A1 və M4-ün Kanada tərəfindən konstruksiya edilmiş variantı.
  • Daewoo K1/Daewoo K2 — M16A1-in Cənubi Koreya tərəfindən konstruksiya edilmiş variantı.
  • CQ 5,56 və DIO S-5,56 — M16A1-in lisenziyasız variantı. İranÇinə satış üçün nəzərdə tutulmuşdur.
  • HK 416 — M4-ün Alman varinatı.
  • Khaybar KH 2002 — M16-nın İran variantı.
  • Type 65 və Type 86/91 — M16 və M4-ün Tayvan variantı.

İstifadə edən ölkələr

[redaktə | mənbəni redaktə et]
Dünya xəritəsində M16 istifadə edən ölkələr

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]