Luis Barraqan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Luis Barraqan
Luis Barragán Morfin
Şəxsi məlumatlar
Doğum adı Luis Ramiro Barragán Morfín
Doğum tarixi 9 mart 1902(1902-03-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 noyabr 1988(1988-11-22)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Parkinson xəstəliyi
Vətəndaşlığı
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Mexiko, Quadalahara
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luis Barraqan (9 mart 1902[1][2][…], Quadalaxara[3]22 noyabr 1988[1][2][…], Mexiko[4][3]) — Meksikalı memar.

Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu.

1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi.

Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir.

1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi. 1980-ci ildə Pritsker mükafatı qazandı. 1948-ci ildə Mexikoda inşa etdiyi evi və studiyası UNESCO tərəfindən 2004-cü ildə Dünya irsi siyahısına alınmışdır.[5]

Tanınmış layihələri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Luis Barragan // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 http://www.casaluisbarragan.org/eng/en_luisbarragan.html.
  4. 1 2 Union List of Artist Names (ing.). 2018.
  5. "Arxivlənmiş surət". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.